Mövsümün sonunda "Sabah"dan ayrılacaq futbolçulardan birinin adı məlum olub.

Rekord.az-a daxil olan məlumata görə, söhbət Anatoli Nuriyevdən gedir.

Belə ki, bu futbolçu hazırkı baş məşqçi Berezutskinin gələcək planlarına daxil deyil. Təsadüfi deyil ki, əsas komandada oynamaq şansı qazanmayan futbolçu artıq əvəzedici komandaya göndərilib. Üstəlik, mövsümün sonunda onun klubla müqaviləsi başa çatır və bu futbolçu ilə yeni müqavilə imzalanmayacaq.