İngiltərənin “Mançester Siti” klubu sol cinah müdafiəçisi Anxelinyonu yenidən “Leyptsiq”ə icarəyə verib.

Rekord.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu 2020/21 mövsümünün sonuna qədər “Leyptsiq”in uğurları üçün çalışmağa davam edəcək. Amma Bundesliqa təmsilçisi bu dəfə müqaviləyə sol cinah müdafiəçisinin transfer hüquqlarını satın almaq şərtini də daxil edib.

Qeyd edək ki, “Leyptsiq” Anxelinyonu bu ilin yanvarında da yarım illik icarəyə götürmüşdü. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 18 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Leyptsiq” “Herta”dan Lazar Samardziçi də transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçiylə 5 illik müqavilə imzalanıb. Samardziç yeni komandasında 20 nömrəli formada mübarizə aparacaq.

“Herta”nın yetirməsi olan yarımmüdafiəçi 20 yaşadək futbolçulardan ibarət Almaniya millisinin də üzvüdür.