“Mançester Siti” yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, komanda buna klublararası dünya çempionatının finalında Braziliya “Fluminense”sini 4:0 hesabı ilə məğlub etməklə nail olub.

“şəhərlilər” ən böyük top fərqinə görə mundialın final rekordunu təkrarlayıblar. Bundan əvvəl 2011-ci ildə “Barselona” eyni hesabla “Santos”u məğlub etmişdi.

Hər iki kluba eyni mütəxəssis – Pep Qvardiola rəhbərlik edirdi. Qvardiola əvvəllər bu kuboku 2 dəfə “Barselona” ilə, 1 dəfə isə “Bayern”lə qazanıb.