Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupunun qarşılaşmaları keçirilib.

A qrupunda PSJ “Mançester Siti” ilə üz-üzə gəlib. Paris təmsilçisinin heyətində zədəsini sağaldan Lionel Messi də sözügedən oyunda iştirak edib. Onun da qol vurduğu bu oyun Fransa nəhənginin inamlı qələbəsiylə yekunlaşıb. Qrupun digər matçında “Leyptsiq” “Brügge” ilə qarşılaşıb və məğlubiyyətə üzülüb.

Turun daha bir maraqlı qarşılaşması B qrupu çərçivəsində olub. “Milan” “San Siro”da İspaniya çempionu “Atletiko”nu qəbul edib. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, qonaqlar son dəqiqələrdə vurduqları iki qolla əzmkar qələbəyə seviniblər. Qrupun digər oyununda “Liverpul” səfərdə “Portu”nu darmadağınla yenib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” C qrupu çərçivəsində səfərdə “Ayaks”la üz-üzə gəlib. İstanbul təmsilçisi ardıcıl ikinci məğlubiyyətə üzülüb. Qrupun digər oyununda Dortmund “Borussiya”sı Lissabon “Sportinq”ini minimal hesabla üstələyib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur

28 sentyabr

A qrupu

PSJ (Fransa) – Mançester Siti (İngiltərə) 2:0
Qol: Qeye, 8. Messi, 74.

Leyptsiq (Almaniya) – Brügge (Belçika) 1:2
Qol: Nkunku, 5 – Vanaken, 22. Rits, 41.

PSJ – 4, Brügge – 4, Mançester Siti – 3, Leyptsiq – 0

B qrupu

Portu (Portuqaliya) – Liverpul (İngiltərə) 1:5
Qol: Taremi, 75 – Salah, 18; 60. Mane, 45. Firmino, 77; 83.

Milan (İtaliya) – Atletiko (İspaniya) 1:2
Qol: Leao, 20 – Qrizmann, 84. L.Suares, 90+4-pen.

Liverpul – 6, Atletiko – 4, Portu – 1, Milan – 0

C qrupu

Ayaks (Niderland) – Beşiktaş (Türkiyə) 2:0
Qol: Berqeys, 17. Haller, 43.

Borussiya (Dortmund, Almaniya) – Sportinq (Portuqaliya) 1:0
Qol: Malen, 37.

Ayaks – 6, Borussiya – 6, Beşiktaş – 0, Sportinq – 0

D qrupu

Şaxtyor (Donetsk, Ukrayna) – İnter (İtaliya) 0:0

Real (İspaniya) – Şerif (Moldova) 1:2
Qol: Benzema, 65-pen – Yaxşıbayev, 25. Till, 90.

Şerif – 6, Real – 3, İnter – 1, Şaxtyor – 1