Anatoli Banişevski adına Masallı stadionu satılıb.

 

Rekord.az-a bununla bağlı maraqlı məlumat daxil olub.

 

Bildiyiniz kimi bu arena "Palmali" Şirkətlər Qrpunun balansında idi. Mübariz Mənsimov "Xəzər Lənkəran"ın vaxtında bu stadionu satın alaraq burada Lənkəran klubu üçün baza tikməyi düşünürdü. Lakin sonradan bu plan yatdı. Ardınca "Xəzər Lənkəran"ın dağılması və Mənsimovun futboldan çəkilməsi ilə Masallı stadionu ilə bağlı layihə də yatdı. Mənsimov da bu səbəbdən stadionu satmağa qərar verib. Arenanın bundan sonra hansı sferada fəaliyyət göstərəcəyi məlum deyil. Ola bilsin ki stadion tamamilə söküldü və yerində hansısa obyekt salınsın. 

 

Maraq üçün deyək ki Masallı stadionu Anatoli Banişevskinin adını daşıyır.