Qadın voleybolçular arasında ölkə birinciliyində daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Super Liqanın növbəti turu çərçivəsində "Mübariz" və "UNEC" üz-üzə gəliblər.

Voleybol Mərkəzində baş tutan görüş "Mübariz"in üstnülüyü ilə yekunlaşıb. Universitet komandası 3 hissə dava edən matçda rəqibi qarşısında heç nə edə bilməyib və quru hesabla məğlub olub.

 

Super Liqa

   "Mübariz" - "UNEC" 3:0 (25:15, 25:14, 25:14)