“Müdafiədə yaxşı oynasaq da, hücumda uğursuz olduq”
- 22 Yan 2024 15:30
- 292
“Sabah”ın baş məşqçi əvəzi Nikola Bojinovski Azərbaycan Basketbol Liqasının 11-ci turunda “NTD-İndiqo”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 83:79 hesablı qələbəni belə şərh edib:
“Oyunun əvvəlində hücumda pis çıxış etdik. Əvəzində rəqib irəlidə daha yaxşı təsir bağışlayırdı. Lakin ikinci yarıda oyun planında həm müdafiədə, həm də hücumda artıraraq taktikada dəyişiklik etdik və geridönüş etməyi bacardıq. Müdafiədə yaxşı oynasaq da, son hissədə hücumda uğursuz olduq. Cərimə atışlarında dəqiqliyimiz cəmi 40 faiz oldu və rəqib bundan istifadə edərək yenidən oyunu lehinə çevirməyi bacardı. Lakin sonda vəziyyəti düzgün dəyərləndirərək yekunda qələbə qazanmağı bacardıq. Rəqibi çox yaxşı oyuna görə təbrik edirəm".