"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya bundesliqasınını 26-cı turunda "Union"la matç zamanı etdiyi hərəkətlə diqqət çəkib.

Rekord.az xəbər verir ki, 30 yaşlı oyunçu 89-cu dəqiqədə əvəzləndikdən sonra baş məşqçi Hans Flikə zarafat edib və onu təpiklə vurub.

Xatırladaq ki, bundesliqada əl sıxmağa koronavirus səbəbindən icazə verilmir.

Qeyd edək ki, sözügedən görüşdə lider Münhen klubu 2:0 hesabı ilə qalib gəlib və xalını 58-ə yüksəldib.