“Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq” – Renduliç
- 19 İyn 2024 19:00
- 196
“Sabah” Konfrans Liqasının 1-ci təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç püşkün nəticələrini dəyərləndirib:
“Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq. “Makkabi”nin bu cütün favoriti olduğu aydındır. Lakin bu o demək deyil ki, bizim şansımız yoxdur. İnanıram ki, biz özümüzü ən yaxşı tərəfdən göstərəcək və favorit rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk matçını iyulun 25-də səfərdə, cavab oyununu isə avqustun 1-də evdə keçirəcək.