“Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq”.

Rekord.az xəbər verir ki, bunu "Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.

O, paytaxt klubunun UEFA Gənclər Liqasında qarşılaşacağı "Bazel"lə (İsveçrə) oyunu dəyərləndirib:

"Komandamız mübarizəyə 2-ci mərhələdən başlayacaq. Bu mərhələdə asan rəqib olmur. Amma mümkün rəqiblər arasında ən çətin rəqiblə oynayacağımızı deməliyəm. "Bazel" gənclərlə işə xüsusi önəm verən klubdur. Bu klub İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdir. Artıq bu komanda ilə oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı. Klub olaraq bu oyunları səbirsizliklə gözləyirik".

Qeyd edək ki, "Sabah" UEFA Gənclər Liqasında mübarizəyə 2-ci mərhələdən başlayacaq. Azərbaycan təmsilçisinin "Bazel"ə qarşı ilk matçı oktyabrın 23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Bakıda olacaq.