Gələn il Qətərdə təşkil olunacaq dünya çempionatını buraxma ehtimalı olan ən dəyərli futbolçuların adları açıqlanıb.

Rekord.az xəbər verir ki, araşdırma zamanı yalnız Afrika qitəsində çıxış edən oyunçular nəzərə alınmayıb.

Çünki orada üçüncü mərhələdə hələ 10 komanda mübarizə aparacaq. Hələ də mundialda iştirakı sual altında olan ən yaxşı oyunçulardan 7-si Avropada, 2-si Cənubi Amerikada, 1-i isə Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsində çıxış edir.

1. Kriştiano Ronaldo (Portuqaliya)
2. Robert Levandovski (Polşa)
3. Zlatan İbrahimoviç (İsveç)
4. Luis Suares (Uruqvay)
5. David Alaba (Avstriya)
6. Canluici Donnarumma (İtaliya)
7. Bruno Fernandeş (Portuqaliya)
8. Federiko Kyeza (İtaliya)
9. Keylor Navas (Kosta Rika)
10. Edinson Kavani (Uruqvay)