Niderland və Polşanın ev sahibliyi ilə təşkil olunan qadın voleybolçular arasında Dünya çempionatında növbəti günün oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, mundialın bu dəfəki matçları da Niderlandda keçirilib.

Yarışın üçüncü günündə altı qarşılaşmanın 5-də quru hesab qeydə alınıb. Baş tutan oyunlardan yalnız biri - Almaniya-Bolqarıstan matçı 4 set davam edib. Almanlar rəqibə bir hissədə sevinmək şansı veriblər və yekunda 3:1 (25:22, 21:25, 25:23, 25:21) hesabı ilə qələbə qazanıblar. Digər görüşlərdə Belçika Keniyanı, Çin Argentinanı, Yaponiya Kalumbiyanı, Niderland Kamerunu, Serbiya isə Kanadanı 3:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, sabah mundialda Yaponiya-Çexiya, Almaniya-Qazaxıstan, Serbiya-Bolqarıstan, İtaliya-Puerto-Riko, Braziliya-Argentina və ABŞ-Kanada qarşılaşmaları keçiriləcək.