Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 20-ci turu start götürüb.


Rekord.az xəbər verir ki, bu gün bir oyun keçirilib.


"Şəki" səfərdə "Lənkəran"ın qonağı olub.


Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüşdə qonaqlar 107:78 hesablı qələbəyə seviniblər.


Yer aldığı B qrupunu 36 xalla ilk sırada başa vuran "Şəki" pley-offa yüksəlib. "Lənkəran" isə 23 xalla sonuncu olub.


Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.