Murad Dadaşov: "İtaliya çempionatının azarkeşsiz keçirilməsi mənim üçün ciddi siqnal oldu"
- 19 Mar 2020 15:00
- 980
"Xəzər" TV-nin yeni rəhbəri, tanınmış şoumen Murad Dadaşov koronavirusla bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, Dadaşov ilk vaxtlar bu virusu ciddi qəbul etməyib.
"Real" TV-ə açıqlamasında o, bunları deyib: "Açığı ilk vaxtlar bu xəstəliyi ciddi qəbul etmirdim. Düşünürdüm ki, Çin bizdən çox uzaqdır və bu virus bizə gəlib çata bilməz. Baxmayaraq ki, bizim ölkəmizlə Çin arasında iqtisadi əlaqələr var. Lakin virus Avropaya keçəndən və geniş yayılmağa başlayandan sonra ciddiliyini qəbul etməyə başladım. Xüsusilə İtaliya çempionatının azarkeşsiz, boş tribunalar önündə keçirilməsi mənim üçün ciddi siqnal oldu".