Murad Məmmədov bürünc medal üçün güləşəcək
- 08 Okt 2021 21:20
- 638
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yeddinci yarış günündə 60, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Murad Məmmədov ilk mərhələdə Macarıstandan olan həmkarını üstələyib. Həmyerlimiz daha sonra qazaxıstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. Məmmədov 1/4 finalda Yaponiya güləşçisinə "tuşe" ilə qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında dünya ikincisi Jolaman Şarşenbekovla qarşılaşan Murad qırğız güləşçiyə uduzub.
Murad Lokyayev startda İsveç güləşçisinə qalib gəlib. Ancaq ikinci görüşdə Litva idmançısına sonuncu xal prinsipinə əsasən məğlub olub.
Mübarizəyə 1/8 finaldan qoşulan Beka Kandelaki Çexiya təmsilçisini elə ilk hissədə xalçadan məyus yola salıb. Millimizin üzvü 1/4 finalda son Olimpiadanın gümüş medalçısı Yakobi Kajaya ilə bacarmayıb.
Bu çəkilərdə medal görüşləri oktyabrın 9-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan) 3:0
1/8 final: Murad Məmmədov - Aydos Sultangali (Qazaxıstan) 6:1
1/4 final: Murad Məmmədov - Ayata Suzuki (Yaponiya) 5:1 (tuşe)
1/2 final: Murad Məmmədov - Jolaman Şarşenbekov (Qırğızıstan) 2:4
Bürünc medal görüşü: Murad Məmmədov - Maksim Kajarski (Belarus) / İrakli Dimitriaşvili (Gürcüstan)
97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç) 8:2
1/8 final: Murad Lokyayev - Vilius Laurinaitis (Litva) 1:1*
130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya) 9:0
1/4 final: Beka Kandelaki - Yakobi Kajaya (Gürcüstan) 1:5