Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Rekord.az xəbər verir ki, yeddinci yarış günündə 60, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Murad Məmmədov ilk mərhələdə Macarıstandan olan həmkarını üstələyib. Həmyerlimiz daha sonra qazaxıstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. Məmmədov 1/4 finalda Yaponiya güləşçisinə "tuşe" ilə qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında dünya ikincisi Jolaman Şarşenbekovla qarşılaşan Murad qırğız güləşçiyə uduzub. Məmmədov oktyabrın 9-da Belarus güləşçisinə qalib gəlməklə dünya üçüncüsü olub.

Murad Lokyayev startda İsveç güləşçisinə qalib gəlib. Ancaq ikinci görüşdə Litva idmançısına sonuncu xal prinsipinə əsasən məğlub olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Beka Kandelaki Çexiya təmsilçisini elə ilk hissədə xalçadan məyus yola salıb. Millimizin üzvü 1/4 finalda son Olimpiadanın gümüş medalçısı Yakobi Kajaya ilə bacarmayıb.

60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan) 3:0
1/8 final: Murad Məmmədov - Aydos Sultangali (Qazaxıstan) 6:1
1/4 final: Murad Məmmədov - Ayata Suzuki (Yaponiya) 5:1 (tuşe)
1/2 final: Murad Məmmədov - Jolaman Şarşenbekov (Qırğızıstan) 2:4
Bürünc medal görüşü: Murad Məmmədov - Maksim Kajarski (Belarus) 2:0

97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç) 8:2
1/8 final: Murad Lokyayev - Vilius Laurinaitis (Litva) 1:1*

130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya) 9:0
1/4 final: Beka Kandelaki - Yakobi Kajaya (Gürcüstan) 1:5