Murad Musayev: "Sabah" rəhbərliyi ilə əla münasibətim var"
- 02 Fev 2024 12:46
- 465
"Sabah"dan ayrına Murad Musayev klub rəhbərliyi ilə aralarında problem yaşanmasına dair mətbuatda çıxan məlumatları təkzib edib.
Rekord.az xəbər verir ki, Rusiyanın "championat.com" saytına açıqlama verən məşqçi bu cür məlumatların həqiqətəuyğun olmadığını bildirib.
Əksinə, "Sabah" rəhbərliyi ilə münasibətlərinin yaxşı olduğunu bildirib: "Mətbuatda mənim "Sabah" rəhbərliyi ilə aramızda konflikt olduğu yazılıb? "Sabah" rəhbərliyi ilə əla münasibətimiz var. Hətta deyərdim ki, ideal. Deyirdilər ki, mənim rəhbərliklə münaqişəm var? Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta onların ideal olduğunu deyə bilərsiniz. Klubda keçirdiyim ilk gündən daim onların dəstəyini hiss etmişəm. Öncədən verilən bütün vədlərə əməl etdilər: klubun inkişafı, maliyyə öhdəlikləri ilə bağlı vetdikləri büdün vədlıri yerinə yetidrilər. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm və bunlar ancaq müsbət sözlər olacaq”.