Murad Musayev: “Sabah”la bağlı heç kimdən məsləhət almamışam”
- 06 Noy 2021 19:00
- 363
“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, rusiyalı mütəxəssis, 3:3 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Azarkeşlərin xoşuna gələn oyun oldu. Açıq futbol sərgilədik. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə azlıqda qaldıq və üstünlük rəqibə keçdi. Hesabı qoruya bilmədik.
- Qırmızı vərəqədən sonra sanki komanda psixoloji olaraq sındı. Düşünmürsüz ki, bu anda müdafiədə deyil, hücumda oynasaydız, daha yaxşı olardı?
- Etmək olardı, amma rəqib bizi sıxırdı.
- “Sabah”a hücum futbolu oynadacaqsız?
- Əlbəttə, mən hər zaman hücum futbolu oynatmışam. Hər zaman hücumda oynamağa çalışacağıq.
- Azərbaycan çempionatının səviyyəsi haqda nə düşünürsüz və Rusiya çempionatından nədə geridə qalırıq?
- Sizin Çempionlar Liqasında, Avropa Liqasında oynamış "Qarabağ" klubunuz var. Komanda artıq Konfrans Liqasında pley-offa yüksəlib. Azərbaycanda hər komandanın öz oyunu var. Azərbaycan futbolunun yaxşı və pis tərəfləri var.
- Əldə olan imkanlarla "Sabah"da maksimum nəyə nail olmaq olar?
- "Sabah"ın yaxşı futbolçuları var. İrəlidə görüləsi çox iş var. İnkişaf olacaq. Mən söz verməyi xoşlamıram. Əlimdən gələn hər şeyi edəcəm ki, "Sabah" daha yüksək pillələrdə yer alsın.
- Qış fasiləsinə qədər hansısa azad agent olan futbolçunu heyətə cəlb etmək istəyirsiz?
- Çətindir. Yaxşı biri olsa, düşünə bilərik. Bizdə limit var, gənclərdən də yararlana bilərik. Hazırda elə təklif yoxdur ki, dəyərləndirək.
- "Sabah"dan təklif gələndə daha əvvəl burada işləyən rusiyalı mütəxəssislərlə danışdız?
- Xeyr, heç kimlə danışmamışam, məsləhət almamışam. Qərarı özüm vermişəm, heç kimlə məsləhətləşməmişəm.