Murad Musayev "Sabah"la razılaşmasına münasibət bildirdi
- 28 Okt 2021 13:43
- 484
"Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayev "Sabah"ı çalışdırmaq üçün razılığa gəldiyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Rekord.az xəbər verir ki, 38 yaşlı mütəxəssis sport24.ru-ya açıqlamasında rəsmi məlumat yayılmadan bu haqda danışa bilməyəcəyini deyib:
"Rəsmi bəyanatdan əvvəl heç nə söyləməyəcəyəm. Ona görə də mən bu məlumatı təsdiq edə bilmərəm".
Qeyd edək ki, daha əvvəl Musayevin cümə günü "Sabah"ın bazasına gəldiyi və klubla razılaşdığı barədə məlumatlar yayılmışdı.