"Sabah"ın yeni baş məşqçisi Murad Musayev özünə daha bir köməkçi götürüb.

Rekord.az xəbər verir ki, bu, "Səbail"in əvəzedici komandasının sükanı arxasından ayrılan Ruslan Qafitullindir.

Bir ara "Neftçi"nin akademiyasında da çalışmış mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

M,Musayev ondan əvvəl Rusiyadan 3 yardımçı gətirib. Bunlar Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyevdir.

Olenin 38 yaşlı rusiyalı mütəxəssisin əsas, Korneyev ikinci köməkçisidir. Malaxov isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirir. (sportinfo.az)