Muradın 100-cü oyunu
- 11 Dek 2023 13:15
- 240
“Sumqayıt”ın futbolçusu Murad Xaçayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Rekord.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XVI turuna təsadüf edib.
25 yaşlı müdafiəçi “Qarabağ”la ev görüşündə şans qazanıb. 100 oyunda 6 qol vuran Xaçayev yalnız “Sumqayıt”da forma geyinib.
Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Murad 2018-ci il avqustun 18-də “Neftçi” ilə ev matçında (0:2) meydana çıxıb.
Qeyd edək ki, “Sumqayıt” bu oyunda 1:6 hesabı ilə uduzub.