Ölkəmizi avrokubokda təmsil edən kişi voleybolçulardan ibarət "Murov" klubu yarışla vidalaşıb.  "Rekord.az" xəbər verir ki, komandamız "Challenge Cup"ın 1/8 final mərhələsi çərçivəsində Niderlandın "Orion" klubu ilə üz-üzə gəlib.
Cütün ilk görüşündə məğlub olan komandamız növbəti mərhələ şansını davam etdirmək üçün bu gün 3:0 və ya 3:1 hesablı qələbə qazanmalı idi. Oyuna rəqib daha yaxşı başlayıb və ilk setdə qələbə qazanıb. Ruhdan düşməyən komandamız növbəti hissəni qalib başa vuraraq ümumi hesabı bərabərləşdirib. Lakin Bakı klubunun bundan artığına gücü çatmayıb və növbəti hissələri Niderland təmsilçisi aktivinə yazdırıb. 
Bununla da "Murov" avrokubokun 1/8 final mərhələsində mübarizəni dayandırıb.


Challenge Cup
1/8 final
   "Murov" - "Orion" 1:3 (23:25, 25:22, 23:25, 22:25)