Ölkəmizi voleybol üzrə avrokubokda təmsil edən kişilərdən ibarət "Murov" klubunun növbəti oyunlarının keçirilmə tarixi və yeri bəlli olub. "Rekord.az" xəbər verir ki, "Challenge Cup"da mübarizə aparan komandamızın 1/16 final mərhələsindəki rəqibi Avstriyanın "Holding Graz" kollektivi olacaq.

Ötən mərhələdə olduğu kimi bu dəfə də təmsilçimiz hər iki oyunu Bakıda keçirəcək. Belə ki, noyabrın 8-də baş tutacaq görüşə "Holding Graz", ayın 9-dakı matça isə "Murov" ev sahibliyi edəcək. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən yenə hər iki oyun Bakıda təşkil olunacaq. Qarşılaşmalar Voleybol Mərkəzində keçiriləcək. İlk oyun saat 19:00-da, ikinci isə saat 18:00-da başlanacaq.

Challenge Cup

1/16 final

8 noyabr

   19:00 "Holding Graz" - "Murov"

9 noyabr

   18:00 "Murov" - "Holding Graz"