Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib. Günə “Sərhədçi” və “Murov” klublarının oyunu ilə start verilib.
 
Fərid Cəlalovun yetirmələri aşkar favorit olduqları matçda asan da qələbə qazanıblar. İlk hissədə rəqibinə 10 xal verən “Murov” növbəti seti 25:14 hesabı ilə aktivinə yazıb. Son hissədə də 25:22 hesabı ilə rəqibini məğlub edən komanda 3:0 hesabı ilə qalib gəlib.
 
Bu matçın ardınca “Express” və “Xilasedici” klubları meydana çıxıblar. Görüşdə ikincilər oyunu 3 setə bitiriblər. İlk seti 25:15 hesabı ilə qazanan “Xilasedici” ardınca 25:8 hesablı qələbəyə sevinib. Üçüncü hissədə isə “Express” 20:25 hesablı məğlubiyyətə üzülüb.

 

Yüksək Liqa

   "Sərhədçi" - "Murov" 0:3 (15:25, 14:25, 22:25)

   "Express" - "Xilasedici" 0:3 (15:25, 8:25, 20:25)
 
Beləliklə, bu oyunlardan sonra “Murov” 8 xalla liderliyə yüksəlib. “Xilasedici” isə 6 xalla ikinci yerdə qərarlaşıb. “Sərhədçi” və “Express” mövsümdə hələ də qələbə qazana bilməyiblər.