Azərbaycanın voleybolçu kişilərdən ibarət "Murov" klubunun "Challenge cup"dakı rəqibinin adı açıqlanıb. "Rekord.az" xəbər verir ki, son ölkə çempionu yarışın 1/32 final mərhələsindən mübarizəyə başlayacaq.

Komandamızın bu mərhələdə Xorvatiyanın "Kitro Varazdin" klubu ilə qarşılaşacaq.

Ölkə çempionu ilk sınağına səfərdə çıxacaq. Görüş 11-13 oktyrabr tarixlərində baş tutacaq. Cütün cavab matçı isə 18-20 oktyabr tarixlərində Bakıda keçiriləcək.