Musa oynadı, komandası səfərdən xalsız döndü
- 13 Noy 2023 14:30
- 267
İsveç çempionatında 30-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə “Kalmar”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Musa bu oyunun 76-cı dəqiqəsində meydana buraxılıb.
“Yurqorden” hazırda 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.