Musa Qurbanlı da Xankəndində olub
- 22 Dek 2023 14:00
- 332
"Qarabağ"ın sabiq futbolçusu, Qurban Qurbanovun oğlu Musa Qurbanlı da dünən Xankəndidə olub və "Qarabağ" - MOİK matçını canlı izləyib.
Rekord.az xəbər verir ki, Qurbanov tarixi şəhərdə olsa da, bacardığı qədər gözə görünməməyə çalışıb.
Oyundan sonra nə aşağı düşüb, nə də "Qarabağ"ın düşərgəsinə baş çəkib. Güman ki, jurnalistlərin onu görüb açıqlama, müsahibə istəyini ehtimal edib və bu cür addım atıb. Xankəndiyə ezam olunan əməkdaşımız onu uzaqdan, əks tribunan arxasında, yemək satılan budlkanın yanında dayanıb buterburod yeyərkən görüb. Deyilənə görə, futbolçu əslində bir gün öncə Şuşaya səfərə edib və oyun günü də matçı izləmək üçün Xankəndiyə gəlib.