Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk məşqinə çıxıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun sosial şəbəkə hesablarında paylaşılmış postda "bütün yeni transferlər yerindədir" yazılıb.

Xatırladaq ki, Qurbanlı bu ayın əvvəlində "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.