Musa Qurbanlı oynadı, komandası evdə xal itirdi
- 22 Okt 2023 23:59
- 208
İsveç çempionatında 27-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” evdə “Hammarbü” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 1 xalla ayrılıb - 0:0.
Musa bu oyuna start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
“Yurqorden” hazırda 47 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.