![photo](https://www.rekord.az/storage/uploads/5/musa-qurbanli-7.jpg)
Musa Qurbanlı oynadı, komandası qalib gəldi
- 30 Sen 2023 22:01
- 396
İsveç çempionatında 25-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” evdə “Halmstad”la qarşılaşıb.
Meydan sahibləri bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıblar.
Musa bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.
“Yurqorden” 43 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.