Musa Qurbanlı oynadı, komandası qalib gəldi
- 09 Okt 2023 13:30
- 457
İsveç çempionatında 26-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə “Varberq”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Musa bu oyuna start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib.
“Yurqorden” hazırda 46 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.