Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı "Yurgoden"dəki durumundan razı deyil.

Rekord.az-a daxil olan məlumata görə, səbəb heç də futbolçunun az oynamasında deyil.

Əsas səbəb İsveç klubunun məşq sistemi, hazırlıq planıdı. Hətta Musanın atası Qurban Qurbanov da oğlunun gələcək karyerasından narahatlıq keçiriri. Çünki "Yurgoden"in məşq sistemi o qədər də effektli deyil və o sistemdə Musanın daha da artırması çətin görünür. Hər halda, hücumçu may ayında atası ilə məsləhətləşib qəti qərarını verəcək.