![photo](https://www.rekord.az/storage/uploads/5/musa-qurbanli-7.jpg)
Musa Qurbanlının komandası avrokuboklarla vidalaşdı
- 04 Avq 2023 01:01
- 285
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i Avropa Konfrans Liqası ilə erkən vidalaşıb.
Rekord.az xəbər verir ki, 2-ci təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Lütsern"in qonağı olan Stokholm təmsilçisi 1:1 hesablı heç-heçə edib.
Qurbanlı bu görüşün 38-ci dəqiqəsində meydana buraxılıb. 21 yaşlı forvard bu oyunda fərqlənə bilməyib.
Evdəki ilk qarşılaşmada rəqibinə uduzan (0:1) Musanın komandası iki görüşün nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıb.