İsveç çempionatında 29-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” evdə “Sirius”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.

Musa bu oyuna start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib.

“Yurqorden” hazırda 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.