![photo](https://www.rekord.az/storage/uploads/5/img-20230717-wa01171689619838.jpg)
Musa Qurbanlının komandası "Malmö"yə qalib gəldi
- 17 İyl 2023 23:45
- 341
Futbol üzrə İsveç çempionatında 16-cı turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Musa Qurbanlının şərəfini qoruduğu "Yurqorden" doğma meydanda "Malmö" ilə qarşılaşıb.
Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Musa Qurbanlı işçi vizasını ala bilmədiyi üçün adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Xallarını 30-a yüksəldən "Yurqorden" 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.