Musa Qurbanlının komandası səfərdə qələbə qazandı
- 28 Okt 2023 23:19
- 367
İsveç çempionatında 28-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə “Brommapoykarna” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Musa bu oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib.
“Yurqorden” hazırda 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.