“Zaqatala”dakı gərgin durum haqda məlumat vermişdik. Belə ki, AFFA kluba lazımı vəsaiti ayırmaqdan imtina etdiyi üçün aşağı yaş qruplarından ibarət komandaları ölkə çempionatında iştirakdan imtina edib. Əsas komandanın üzvlərinin isə hələ də maaşı vetilməyib.

Rekord.az xəbər verir ki, bu durumda ən çox fədakarlıq edən klubun prezidenti Musa Qurbanovdu.

Belə ki, o, aylarda demək olar ki, klubdan maaş almır. Daha doğrusu, öz payına düşən maaşdan imtina edib və həmin pulu komandaya yönəldib. Bundan başqa, cibindən komanda üçün əlavə vəsait də xərcləyir.