Musanın komandası İsveç kubokunu qazana bilmədi
- 01 May 2024 23:30
- 197
Bu gün futbol üzrə İsveç kubokunun final oyunu keçirilib.
Rekord.az xəbər verir ki, həlledici oyunda “Malmö” ilə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” üz-üzə gəliblər.
Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabıyla yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan “Malmö” kuboka sahib çıxıb – 4:1.
Musa final matçında sonadək ehtiyatda qalıb. “Yurqorden” finaldan qalib ayrılsa, Qurbanlı İsveç kubokunu qazanmış ilk azərbaycanlı ola bilərdi.