![photo](https://www.rekord.az/storage/uploads/5/musa-qurbanli-7.jpg)
Musanın oynadığı avrokubok matçında “Yurqorden” məğlub oldu
- 27 İyl 2023 23:50
- 351
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i Avropa Konfrans Liqasına məğlubiyyətlə başlayıb.
Rekord.az xəbər verir ki, Stokholmdə İsveçrə "Lütsern"i ilə qarşılaşan komanda rəqibinə 1:2 hesabı ilə uduzub.
Musa da bu görüşün iştirakçısı olub. Oyuna start heyətində başlayan Qurbanlı 63-cü dəqiqədə əvəzlənib.
Bu komandalar arasındakı cavab oyunu avqustun 3-də İsveçrədə baş tutacaq.