Muslera doğum günündə əməliyyat olunacaq
- 15 İyn 2020 19:30
- 680
Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində “Rizəspor”la səfər matçında zədələnən “Qalatasaray”ın qapıçısı Fernando Muslera əməliyyat olunacaq.
Rekord.az xəbər verir ki, 34 yaşlı qolkiper iyunun 16-da, doğum günündə əməliyyat olunacaq. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, qarşılaşma İstanbul təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Muslera 15-ci dəqiqədə ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Təcrübəli qapıçının sağ ayağında iki qırıq aşkarlanıb. Onun, təxminən, 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Sözügedən oyunda zədələnən “Qalatasaray”ın digər futbolçusu Florin Andonenin də mövsümü erkən başa vurduğu bildirilir.