![photo](https://www.rekord.az/storage/uploads/5/emil-mustafayev-3.jpg)
Mustafayev komandasına əzmkar qələbə qazandırdı
- 24 Sen 2023 16:00
- 344
Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin yeni komandası - “Polesye” də növbəti matçına çıxıb.
Sözügedən komanda “Minay”ı qəbul edib və 2:1 hesabıyla qalib gəlib.
Emil də bu görüşün iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana çıxıb, 81-ci dəqiqədə sarı vərəqə alıb, 83-cü dəqiqədə isə komandasının qələbə qoluna imza atıb.
8 turdan sonra “Polesye” 15 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.