Tellur Mütəllimov “Zirə”də yubiley oyununu keçirib. 

Rekord.az xəbər verir ki, “Qəbələ” ilə Azərbaycan Premyer Liqasının 7-ci turunun ev qarşılaşması (1:1) 24 yaşlı yarımmüdafiəçinin “qartallar”ın heyətində 60-cı oyunu olub. 

Tellur 54 dəfə çempionat, 6 dəfə kubok matçında meydana çıxıb. Bu qarşılaşmalarda 3 qola sevinən futbolçu bütün toplarını Premyer Liqada vurub.

2015/16 mövsümündə 17 (15 çempionat, 2 kubok), 2017/18 mövsümündə 11 (hamısı çempionat), 2018/19 mövsümündə 28 (çempionatda 24, kubokda 4) şans qazanan Mütəllimov cari çempionatda 4 matçın iştirakçısı olub.

Yarımmüdafiəçi “Zirə”nin tarixində ən çox oyun keçirən futbolçular siyahısında 9-cu pillədə yer alıb. İlk “onluq”da bu oyunçular qərarlaşıblar: Adil Nağıyev (103), Vüqar Mustafayev (89), Viktor İqbekoyi (88), Anar Nəzirov (86), Yovan Krneta (81), Təmkin Xəlilzadə (78), Vüsal İsgəndərli (68), Sadiq Quliyev (67), Tellur Mütəllimov (60), Aleksandr Şemonayev (57)