“Neftçi”nin sabiq çalışdırıcısı Adrian Mutu ÇFR-in baş məşqçisi vəzifəsindən istefa verib.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

Bildirilib ki, mütəxəssis dünən komandanın Rumıniya kubokunda ÇFR-in "Korvinul Hunedoara"ya 0:4 hesablı məğlubiyyətindən sonra istefa ərizəsini rəhbərliyə təqdim edib. Onun istefa ərizəsi bu gün qəbul olunub.

"Neftçi"nin sabiq baş məşqçisi bu ilin yanvarından ÇFR-ə rəhbərlik edirdi, Onun rəhbərliyi altında komanda meydana çıxdığı 11 oyunun 5-də qələbə qazanıb, 3-də heç-heçə edib, 3-də isə məğlub olub.