"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu heyətlə bağlı köklü dəyişikliklərə getməyəcək.

Rekord.az-a daxil olan məlumata görə, o, özü də hazırkı dönəm üçün bunda maraqlı olmadığını rəhbərliyə çatdırıb.

Çünki təyinat çox gec olub, Konfrans Liqasında və ölkə çempionatında mübarizəyə çox az qalıb.  Bundan başqa, əksər futbolçuların da hələlik klubla qüvvədə olan müqaviləsi var. Ona görə heyəti kökündən dağıtmaq istəməyən rumıniyalı məşqçi dəstək üçün bir neçə legionerin alınmasını vacib sayır. Köklü dəyişikliklər isə qış üçün nəzərdə tutulub.