![photo](https://www.rekord.az/storage/uploads/4/mutu-1.jpg)
Mutu sonuncu dəfə bu tarixdə Azərbaycan olub və qol vurub
- 12 İyl 2023 15:00
- 506
Rekord.az "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu ilə bağlı maraqlı bir paylaşımı sizin diqqətinizə çatdırır.
Belə ki, rumuniyalı ulduz veteran sonuncu dəfə Azərbaydan 1999-cu il, mart ayının 30-da olub.
Həmin vaxt o, Rumıniyanın U-21 millisinin heyətində Azərbaycana gəlib və Avro-2000-nin seçmə qrup oyunu çərçivəsində millimizə qarşı oynayıb. Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda baş tutan və 3 mindən artıq azarkeşin izlədiyi oyun rumınların 2:0-lıq qələbəsi ilə bitib. Həmin matçda start heyətində meydançaya çıxan 20 yaşlı Mutu 13-cü dəqiqədə topu Cahangir Həsənzadənin qoruduğu qapıdan keçirərək hesabı açmışdı.