“Mançester Yunayted” “Real” müdafiəçisi Rafael Varanı transfer etmək niyyətindədir.

Rekord.az xəbər verir ki, ingilislər artıq ilk təkliflərini də ediblər.

Onlar müdafiəçi üçün 40 milyon avro ödəməyə hazırdırlar.

Amma məlumat verilir ki, “Real” bu təklifi qəbul etməyib. “Kral klubu” futbolçunun satışından 70 milyon avro qazanmağı planlaşdırır.

Varanın müqaviləsi gələn ilin yayında başa çatır. O, “Real”la müqaviləni uzatmaq niyyətində deyil. Ona görə də, klub rəhbərliyi 28 yaşlı futbolçunu bu il satmaqda maraqlıdırlar.