MY daha bir hücumçusunu itirdi
- 01 Mar 2020 16:48
- 735
İngiltərənin “Mançester Yunayted” klubu daha bir ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar”ın fransalı hücumçusu Antoni Marsyal da sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, “Brügge”yə qarşı keçirdikləri Avroliqa matçında ombasından zədələnib. Futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Xatırladaq ki, Marsyaldan bir neçə gün öncə MY digər hücumçusu Markus Reşfordu da itirmişdi. Yeri gəlmişkən, baş məşqçi Ole-Qunnar Sulşer mövsümü erkən başa vurduğu iddia olunan 22 yaşlı futbolçunun son vəziyyəti ilə bağlı danışıb: “Reşfordun vəziyyəti müsbətə doğru dəyişir. Biz ona ehtiyacı olan vaxtı verəcəyik. Onun zədəsini məcburən bərpa edə bilmərik. Böyük ehtimalla, bir-iki aydan sonra onu meydanda görə biləcəyik. O, hazır olduqda, zehni və fiziki cəhətdən daha da güclü olacaq. Onun geri qayıtması bizim üçün böyük irəliləyiş olacaq. Reşford gəncdi və bütün bu xüsusiyyətlər ona motivasiya ola bilər. O, oyundan əvvəl, fasilədə paltardəyişmə otağında, komandanın yanında olur. O, futbolçuların yaxşı çıxış etməyini istəyir. Reşford Avropa Liqasının və İngiltərə kubokunun finalınadək qayıda bilər”.
Xatırladaq ki, MY-də Pol Poqba, Li Qrant, Timoti Fosu-Mensa və Aksel Tuanzebe də zədədən əziyyət çəkir.