
MY-də ciddi itki
- 14 Apr 2025 14:20
- 67
"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Rekord.az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin baş məşqçisi Ruben Amorim klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis 23 yaşlı futbolçunun bir neçə oyuna çıxa bilməyəcəyini söyləyib.
Premyer Liqanın XXXII turunda "Nyukasl"la matçın (1:4) 55-ci dəqiqəsində budundan zədə alan futbolçu oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, C.Zirkze bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə meydana çıxdığı 48 oyunda 7 qola, 3 məhsuldar ötürməyə imza atıb.