Niderlandın “AZ Alkmaar” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Erediviziya təmsilçisi niderlandlı hücumçu Millen Baarsı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu yeni klubu ilə 2020-ci ilin iyun ayına kimi müqavilə bağlayıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Baarsın son klubu İngiltərə nəhəngi “Mançester Yunayted” olub. Lakin o, ötən il “qırmızı şeytanlar”la yollarını ayırandan bəri klubsuz idi. Niderlandın gənclərdən ibarət yığmasının forvardı MY-dən öncə “Ayaks”ın futbol akademiyasında bu oyunun sirlərini öyrənib.