MY-nin futbolçusu karantin qaydalarını pozdu
- 03 May 2020 19:30
- 573
İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Markos Roxo koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydalarını pozduğuna görə cəzalana bilər.
Rekord.az xəbər verir ki, hazırda vətəni Argentinada olan futbolçunun dostları ilə birgə əyləndiyi üzə çıxıb.
Onların təşkil etdiyi partidən görüntüləri futbolçunun qaraşı Franko sosial şəbəkə hesabında paylaşıb. O, həmin videonu az müddət sonra silsə də, bu görüntülərin mətbuatda yayılmasının qarşısını almaq mümkün olmayıb.
Qeyd edək ki, Argentina yığmasının üzvü bu ilin əvvəlində ölkəsinin “Estudiantes” klubuna icarəyə verilib. İstisna edilmir ki, futbolçu karantin qaydalarını pozduğuna görə cəzalansın.